Astarada uşaq ölüb.
Regioninfo-nun verdiyi məlumata görə Astara rayonunun Maşxan kənd sakini 2018 – ci il təvəllüdlü Y. Ağamir oğlu Əliyev qızılca xəstəliyindən ölüb.
Yaxınları deyir ki, uşaqda 4 gün idi hərarət olub. Astara rayon mərkəzi xəstəxanasına aparılıb və uşağa ilkin tibbi yardım olunub. Amma hərarət aşağı düşməyib. Ötən gün uşaq özünü pis hiss edib. Təcili yardıma məlumat verilib. Təcili yardım avtomobili ilə uşaq xəstəxanaya çatdırılıb. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.