TƏBİB Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb.
Regioninfo-nun sorğusuna cavab olaraq bildirilib ki, 27.01.2024-cül il tarixində Cəlilabad rayonunun Günəşli kənd sakini 2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, 28.01.2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb.
Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.
Regioninfo-nun məlumatına görə, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.
İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.