Elm və Təhsil Nazirliyinin keçirdiyi VII Qrant müsabiqəsinin qalibi olmuş Məhərrəmova Vüsalə Sabir qızının “Tarixi irsimiz şagirdlərin gözü ilə” layihəsi

Şagirdlərin həm təhsildə yüksək nəticələr əldə etmələri, həm də vətəndaş olaraq inkişafı üçün təlim məşğələlərinin mümkün qədər əyaniliyə və inteqrativliyə uyğun təşkil edilməsi müasir təlim prosesinin ən mühüm tələblərindəndir.

Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Qrant layihələri müsabiqəsinin bu tələblərin həyata keçirilməsində çox böyük rolu vardır.

Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbinin tarix müəllimi Vüsalə Məhərrəmovanın VII Qrant layihəsi müsabiqəsində qalib gəlmiş “Tarixi irsimiz şagirdlərin gözü ilə” layihəsi şagirdlərin tarixi abidələrlə yerində taniş olması, bu abidələrlə bağlı aparılmış araşdırmalar haqqında ətraflı məlumat alması şagirdlərin təlim prosesindəki əyaniliyi və inteqrativliyi çox yüksək səviyyədə təmin edir.

Paylaş:
Yuxarı