Astarada ana və qızı dəm qazından boğularaq ölüb.
Regioninfo xəbər verir ki, hadisə axşam saatlarında rayonun Pensər kəndində baş verib. Kənd sakini 1966 – cı il təvəllüdlü Nazənin Cəmil qızı Şükürova, qoca anası 1944 cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyevanı hamamda çimizdirən zaman dəm qazından boğularaq ölüblər. Qeyd edək ki, hər iki şəxs kənd məktəbində müəllimə olub. Anası təqaüdə olan rəsm müəllimi. Qızı hazırda Pensər kənd 2 saylı məktəbində ibtidai müəllimə kimi çalışırdı.
Faktla bağlı araşdırma aparılır.