Xəbər verdiyimiz kimi, 13-14 yanvar Biləsuvar rayonunda çovğunla müşahidə olunan güclü qar yağıb.
Rayon sakinlərinin regioninfo-ya verdikləri məlumata görə, sonuncu dəfə rayon ərazisinə belə qar 1988-89-cu illlərdə yağıb.
Son 24 il ərzində isə 2012-ci ildə rayon ərazisində güclü qar yağması müşahidə olunub. Həmin il qarın hündürlüyü Biləsuvar rayonunda 27 sm-ə çatıb.
Bildirək ki, ötən gün Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, Biləsuvar rayonu ərazisinə 45 sm hündürlüyündə qar düşüb.
Qeyd edək ki, güclü qar ötən gün rayon ərazisində qismən yollarda nəqliyyatın hərəkətin çətinləşdirib. Həmçinin bəzi ərazilərdə elektrik enerjisi verlişində fasilələr yaranmışdı.
Hazırda rayon ərazisində yağıntılar dayanıb və havanın temperaturu 0 dərəcəyə düşüb.