Bu gün axşam saatlarından başlayaraq Biləsuvar rayonuna mövsümün ilk qarı yağmağa başlayıb.
Regioninfo-nun məlumatına görə, hazırda davam edən qarın hündürlüyü 3-5 sm-ə çatır.
Səhər saatlarında da Cəlilabad rayonu ərazisinə mövsümün ilk qarı yağıb.
Hələlik qar bölgədə fəsadlara səbəb olmayıb və sözügedən ərazilərdə şaxtalı, qarlı hava şəraiti hökm sürür.