“Məktəb Ailə İcma Birliyinin köməyilə məktəblərdə psixo-sosial durumunun yaxşılaşdırılması” layihəsinin seminarları yekunlaşıb və layihənin bağlanış mərasimi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Məktəb Ailə İcma Birliyinin köməyilə məktəblərdə psixo-sosial durumunun yaxşılaşdırılması” layihəsinin maarifləndirici seminarları keçirilib.
Həmçinin layihənin icra planına uyğun olaraq bağlanış mərasimi baş tutub.
Mərasim Hacıqabul şəhər Vidadi Quliyev adına 6 nömrəli məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin işçi qrupu və müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri yekunlaşan layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdir.
Bağlanış tədbirində çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin uğurlu olduğunu qeyd ediblər.
Paylaş:
Yuxarı