Ukraynaya raket hücumu nəticəsində ölənlərin sayı 27-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 144 nəfər yaralanıb.
Ölən və yaralananların sayının artacağı istisna edilmir.
Ukraynanın kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 23-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.
Qeyd olunub ki, 134 nəfər yaralanıb.
Məlumata görə, həmçinin bir neçə rayonda elektrik enerjisi kəsilib.
Bildirilib ki, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.
V. Türk sözügedən hücumu pisləyib.
Rusiya ordusunun dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ən azı 128 nəfər yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bu hücumun cavabsız qalmayacağını bildirib.
Rusiya ordusunun dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu nəticəsində ölkənin Zaporojye vilayətində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Zaporojye Hərbi Vilayət Administrasiyasının rəhbəri Yuri Malaşko teleqramda yazıb.
Bununla da bu gün Ukraynada ölənlərin sayı 19-a çatıb. Həlak olanların sayının artacağı istisna edilmir.
Onun sözlərinə görə, həmçinin bir neçə iaşə obyektinə, o cümlədən təhsil müəssisələrinə və xəstəxanalara ziyan dəyib.
Son sutkada Ukraynaya ümumilikdə 158 hava hücumu olub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı teleqramda yazıb.
O bildirib ki, ölkənin müxtəlif vilayət və şəhərləri raket hücumuna məruz qalıb: “Rusiya həm müxtəlif tip raketlər, həm də pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçib. Hücumlardan 27-si “Shahed” PUA-ları ilə olub”.
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində paytaxt Kiyevdə yanğınlar baş verib, dağıntılar və xəsarət alanlar var.
“Report” xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Serxi Popko “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, Kiyev şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, Podilski və Svyatoşinski rayonlarında dağıntılar olub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Onların dəqiq sayı məlum deyil.
Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Kiyev meri Vitali Kliçko da məlumatı təsdiqləyib, Podilski rayonundakı anbarda yanğın baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində Kiyevdə 7 nəfər yaralanıb.
Ukraynaya kütləvi raket hücumu həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, ölkənin bir çox vilayət və şəhərlərində, o cümlədən Kiyev şəhəri və vilayətində ard-arda partlayışlar olub.
Rusiya “Shahed” pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə Ukrayna ərazisini vurub.
Bütün ölkə ərazisində hava hücumundan müdafiə sistemləri işə düşüb.
Kütləvi hücumun nəticələri barədə hələ ki məlumat yoxdur.