Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb.
Regioninfo-nun məlumatına görə qızılca xəstəliyindən ilk ölüm halı rayonun Şirinsu qəsəbəsində qeydə alınıb. Şirinsu qəsəbə sakini, 2020 – ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağrılıb. Təcili yardım uşağa ilk tibbi yardım göstərib və uşağı təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili yardımdan sonra uşağın halı pisləşib və o yaxınları tərəfindən təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Hal – hazırda ailənin digər övladı 2019 – cu il təvəllüdlü Yunus Elvin oğlu Abızadə də hərarət yaranıb. O, Bakı şəhərinə xəstəxanaların birinə yola salınır.