Cəlilabad rayonunda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Regioninfo-nun məlumatına görə, ölən şəxs Biləsuvar rayonu Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Cəfərli Xosrov Xanverdi oğludur.
Xəsarət alanlar isə 1987-ci il təvəllüdlü Ülkər Səmədova, 1964-cü il təvəllüdlü Zemfira Ağayeva, 1986-cı il təvəllüdlü Rəşad Rzayev, 1993-cü il təvəllüdlü Şövqi Qasımlı və Mehrac Qəhrəmanovdur.
Yaralılardan ikisinin vəziyyəti kritik ağırdır.