Masallıda toyuq kəsim sexində baytarlıq, sanitar – gigiyenik tələblərin əməl olunmaması aşkarlanıb.
AQTA-nin Lənkəran-Astara bölməsinin böyük məsləhətçisi Tamerlan Məmmədovun regioninfo-ya verdiyi məlumatda bildirib ki, 1003 çağrı mərkəzinə daxil olan şikayət əsasında Masallı rayon sakini fiziki şəxs Feyziyev Mirramil Mirhüseyn oğluna məxsus toyuq kəsim sexinə baxış keçirilmişdir. Baxış zamanı sexdə qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı aşkarlanmışdır və müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır.Bundan əlavə kəsilmiş toyuq məhsullarından nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi institunun müvafiq laboratoriyasına göndərilmişdir.
Daxil olan şikayətlə bağlı araşdırma davam etdirilir.