Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.
Regioninfo-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.
Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.