Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Regioninfo-nun məlumatına görə, Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi görərkən ölüb.
Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.