YAP Biləsuvar rayon təşkilatının təşəbbüsü ilə Biləsuvar şəhər mərkəzi parkında iməclik keçirilib.
Regioninfo-nun məlumatına görə, tədbirdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşları, ərazi partiya təşkilat sədrləri, sədr müavinləri və partiya fəalları iştirak edib.
Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı da bu prosesə layiqli töhfələrini verərək ərazidə abadlıq və təmizlik işləri gördülər. Belə ki, park ərazisində əkilmiş ağac və gül kollarının ətrafı şumlanmış, budama işləri görülmüş, gövdələri ağardıldı, yeni gül kolları əkildi və ərazidəki bir neçə işıq dirəklərində zəruri təmir işləri görülüb.