Biləsuvar üzrə regional hüquqşünas axtarılır

Regional Hüquqşünas (Biləsuvar-Salyan-Neftçala) axtarılır !
Vəzifə öhdəlikləri:
İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdimedilməsi;
Məhkəmə proseslərində təmsilçilik;
Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaqvə borclarının ödənilməsində iştirak etmək;
Mülki, əmək və inzibati qanunvericiliyi bilmək və tətbiq etmək;
Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar təqdim etmək, onların göstərişlərini icra etmək.
Tələblər:
Ali təhsil
Sahə üzrə minimum 1 il iş təcrübəsi
Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
Müqavilələrlə iş təcrübəsi olmalı;
Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
Çalışacağı regionlar – Biləsuvar, Salyan, Neftçala
Uyğun şəxslər CV-lərini mövzu hissəsində “Regional Hüquqşünas” qeyd etməklə career@mktcotton.com mail ünvanına göndərə bilərlər.
Paylaş:
Yuxarı