Qubada sakinlər könüllü olaraq sənədsiz silahlarını polisə təqdim ediblər

Qubada sakinlər könüllü olaraq sənədsiz silahlarını polisə təqdim ediblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan regioninfo-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd kalaşnikov markalı “AK-74”avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

Aydın ADIGÖZƏLOV

Paylaş:
Yuxarı