Biləsuvar rayonunun Təzəkənd kəndində uşaq kələm turşusundan zəhərlənərək ölüb.
Regioninfo-nun məlumatına görə, rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.
İlkin ehtimala görə, mərhum ev şəraitində hazırlanan kələm turşusundan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.