Astarada 77 yaşlı tibb bacısı evində qətlə yetirilib

Noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Regioninfo-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Paylaş:
Yuxarı