Cəlilabad rayonunda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçirib.
Regioninfo-nun məlumatına görə, fləşmob 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar “Yaşasın Azərbaycan” tədbirlər planının icrasına əsasən baş tutub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən fləşmobda “Azərbaycan xəritəsi” yaradılıb.
Tədbirdə 350 gənc iştirak edib.