“Qız şagirdlərin yaradıcılıq dərnəyi” layihəsinin açılışı olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Qız şagirdlərin yaradıcılıq dərnəyi” layihəsinin açılış mərasimi keçirilib.

Mərasim Ağcabədi şəhər 4 saylı məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, məktəb direktorları, layihənin idarə heyəti üzvləri, müəllimlər və şagirdlər iştirak edib.

Öncə çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd ümumtəhsil məktəblərdəki qız şagirdlərin yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, ictimai-sosial həyatda aktiv, onlar arasından istedadlıların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir. Bildirilib ki, layihə hazırlamadan öncə mövcud problemlər araşdırılmış və onların aradan qaldırılması istiqamətində layihənin vəzifələri təyin edilmişdir: layihə barədə Ağcabədi rayon məktəblərində geniş təbliğat, bu sahədə ekspertlərin və xüsusi qonaqların layihənin gedişatında iştirakı, 40 qız şagirdi üçün ustad dərslərinin keçirilməsi, layihə çərçivəsində müsabiqə və sərgilərin təşkili, qız şagirdləri üçün yaradıcılıq dərnəyinin təşkili, layihənin bütün hissələrini özündə əks etdiran jurnalın çapı.
Tədbirdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.
Paylaş:
Yuxarı