Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərindən olan “Məktəb də evimdir!” – valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə dəstək proqramı layihəsinin təlimləri keçirilib.
Təlim proqramında seçilmiş valideynlər iştirak edib.
Layihənin yekunu olaraq bağlanış mərasimi keçirilib. Mərasimdə layihə rəhbəri, ekspert, məktəb direktorları, şagird və valideynlər, müəllimləri iştirak edib.
Mərasimdə bildirilib ki, layihənin əsas məqsədi məktəbin ibtidai siniflərinin valideynlərini təlimatlandıraraq valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş dəstəkverici təşəbbüslərin təşkilinə, məktəbdə psixososial durumun yaxşılaşdırılmasına və valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək olmaqdır.
Layihə çərçivəsində açılış mərasimi keçirilib və valideyn təşəbbüsləri təşkil olunub. Belə ki, ibtidai sinifdə təhsil alan şagirdlərlə valideynləri müəllimlərlə birgə dibçəklərdə güllər əkmiş və məktəb koridorunun bəzədilməsi məqsədilə divara şəkillər çəkiblər.
Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinun elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və 1 sentyabr-30 oktyabr tarixlərini əhatə edib.