“Ermənistan tərəfinin Azərbaycanda yerləşdirdiyi minaların qurbanları əsasən mülki şəxslərdir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Demək olar ki, hər həftə ölümcül və qanlı mina partlayışlarının şahidi oluruq”, – o qeyd edib.