İlin sonuna kimi Biləsuvarın bütün ərazisi GPON texnologiyalı internetlə təmin olunacaq

Bu ilin sonuna kimi Biləsuvar rayonunun bütün kəndləri GPON (Gigabit Passive Optical Network) texnologiyalı internetlə təmin olunacaq.

Regioninfo-nun məlumatına görə, rayon ərazisində ötən əsrin 70-ci illərindən qalan şəbəkə yenilənir və ya indiyə qədər şəbəkə mövcud olmayan ərazilərdə “Aztelekom” MMC tərəfindən işlər aparılır.

Belə ki, ötən il Biləsuvar şəhərində rabitə xəttlərinin GPON texnologiyası əsasında tikintisi və quraşdırılması işləri yekunlaşıb. Nəticədə şəhər ərazisində 4200 abonent sözügedən texnologiya ilə təmin olunub.

Hazırda rayonun Əliabad, Xırmandalı, Əsgərabad, Aşağı Cürəli, Çaylı, Muğankənd, Zəhmətabad, Bağbanlar, Ovçubərə, Yuxarı Cürəli, Təzəkənd, Ağalıkənd və Bəydili kəndlərində müvafiq işlər aparılır. Bu kəndlərdə işlərin ilin ortasında yekunlaşacağı və digər qalan kəndlər isə işlərin ilin sonuna kimi yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Biləsuvarda 25 kənd üzrə 18 EATS  və rayon mərkəzində 1 ədəd EATS mövcuddur. Filial ərazisində mərkəz də daxil olmaqla ümumilikdə 6578 telefon, 5549 internet abunəçisi var.

Paylaş:
Yuxarı