“Sürətli oxuyaq, sürətli anlayaq” layihəsinin təlimləri davam edir

Neftçala rayonunda “Sürətli oxuyaq, sürətli anlayaq” layihəsinin təlimləri davam edir.
Layihənin icra planına uyğun olaraq, təqdimat görüşlərindən sonra layihəyə cəlb üçün xüsusi hazırlanmış forma – blank vasitəsilə müraciətlər qəbul olunub. Burada əvvəlcədən təsdiqlənmiş meyarlara uyğun seçim aparılıb. Ümumi 6 müəllim və ilkin olaraq 18 şagird, daha sonra isə əlavə 42 şagird də seçilərək təlimlərə cəlb olunub. Hal-hazırda təlimlər davam edir.
Qeyd edək ki, layihənin məqsədi sürətli oxuma üzrə peşəkar təlimçilərin təlimlərini təşkil etməklə bu sahədə müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdlərə sürətli oxuma bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır.
Bildirək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.
Paylaş:
Yuxarı