Biləsuvar rayonunda “LevelUP” Karyera Forumu keçirilib.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin koordinatoru İsmayıl Ağacanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayon gənclər və idman sektorunun müdiri Azad Quliyev çıxış edərək, forumu açıq elan ediblər.
Panel müzakirə “Karyera və biznes” mövzusunu əhatə edib.
“Gənclərin karyera imkanları” mövzusu üzrə karyera məsləhətçisi, İmtahan xidməti mərkəzinin təsisçisi Taleh Həsənli, “Yerli biznes bazalarının təhlili və məşğulluğa dəstək layihəsi” mövzusunda “RODOOS Training Consulting” MMC-nin təsisçi-direktoru Rafət Şirəliyev, “Maliyyə institutlarının sahibkarlığa dəstəyi” mövzusunda isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biləsuvar KOB Dostu Elməddin Əliyev çıxış edib.
Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin təşkilatçılığı, Biləsuvar Rayon İcra Hakimiyyəti və Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.