Yeni araşdırma – Folklorumuzda yaşayan tariximiz

Şifahi xalq ədəbiyyatı nümunələri – miflər, əsatirlər, deyimlər, nağıllar , atalar sözləri, bayatı və rituallar ən qədim tarixi bilgilərimizin tədqiqatında misilsiz əhəmiyyətə malikdir.

Bu səbəbdən də şifahi xalq ədəbiyyatı tarixi mənbələrdən biri hesab olunur. Sovet dövrünə qədər və sovet dövründə bu tarixi tədqiqat metodundan nəinki istifadə olunmayıb, ümumiyyətlə istifadəsi məqbul hesab olunmayıb. Hansı səbəbə görə ? – Ona görə ki, bu tədqiqat sahəsi türk dünyasının tarixi bağlılığına xidmət edən ən ümdə sahə olubdur. Hansı ki,”sentrist nəzəriyyə” bu tarixi bağlılığı qırmaq, inkar etmək, məhv etmək məqsədi ilə yaradılmışdır. Paralel olaraq onlar qərb mədəniyyətini tarixi proseslərin “qaymağı” hesam hesab edirdilər. Bundan ötrü əllərində olan bütün təbliğat və təşviqat vasitələrindən böyük səylə istifadə edirdilər və istifadə etməkdə davam etməkdədirlər. Onlar 21-ci əsrin 20-ci illərinə qədər istədiklərinə nail olmuşdular. Bu nəzəriyyəyənin əsas məqsədi tükçülükdə varisliyin əsaslarını sarsıtmaq olub. Biz tam olaraq hələ də bu sindromdan xilas ola bilməmişik… Müstəqilliyimizə nail olandan sonra gerçək tariximizi araşdırmağa nail ola bildik.

Tariximizi daha dəqiq bilmək üçün araşdırma və tədqiqat sahəsi kimi folklorumuza müraciət etmək ən effektli metod kimi çox dəyərlidir. Fikirlərimizin təsdiqi üçün bizə anlaşılmaz, qeyri-məntiqi, və ya ikifikirli olan bəzi ifadələrlə tanış olmağımız vacibdir. Bu yazı silsilə xarakteri olduğundan ilk olaraq qoç fiqurları və ya qoç buynuzları haqqında fikirlərimi paylaşıram. Qoç fiqurlar ( qoç buynuzları) haqqında mövcud olan, hər bir azərbaycanlının bildiyi, yerinə düşəndə ifadə etdiyi bir atalar sözümüz var : ” İki qoçun başı bir qazanda qaynamaz !”. Bu cümlədəki fikri tez-tez istifadə etməyimizə baxmayaraq, məsələnin mahiyyətinə diqqət etməmişik. Necə yəni iki qoçun başı bir qazanda qaynamaz ?.. Qaynayar, lap otərəfə də keçər… Qazanı böyük edərəm iki yox, 3, 4 qoç başı həmin qazanda yerləşər də, qaynayar da. Sözün qabağına söz deməklə atalar sözünün mahiyyətinə aydınlıq gətirməyimizi güman etməyimiz səhv olar. Bu, məsələnin həlli deyil. Atalar sözlərinin yaşı min illərlə ölçülür. Odur ki, hər kəlməni, sözü deyəndə gərəkdir min ölçüb, bir biçəsən. Burada yüz ölçü ifadəsi işləmir… Atalar sözlərinin mahiyyət və məntiqini onun batini mənasında və yaranma tarixi şəraitində axtarmaq lazımdır. Mən mövzu ilə əlaqədar uzun müddət araşdırmalar apardım. Türk xalqlarının qədim rituallarını, adətlərini, inanclarını, dəfn qaydalarını öyrənməyə çalışdım… Yəqin etdim ki, Azərbaycan coğrafi məkanının qədim dövrünü ümumi türk dünyası tarixindən ayrı tədqiq etmək, öyrənmək mümkün deyil. ” İki qoçun başı bir qazanda qaynamaz !” deyimi Tuva türk tayfalarının yazın gəlişi ilə əlaqədar keçirtdikləri ənənəvi ritualla bağlıdır. Onlar 21-ci əsrdə də bu ritualları yaşadırlar. Bu kultun adı Ovaa adlanır. Ovaa kultuna görə hər il yazın birinci günü ( 21 mart ) bir qazan qururlar. Həmin qazana adətə ( törən ) görə qurban niyyəti ilə bir buynuzlu qoç başı qoyub qaynadırlar. Adətə görə həmin qazana ikinci buynuzlu qoç başı qoymaq qəti qadağandır. Belə olarsa, adət pozular. Yəni, qazanın içində qoçların buynuzları bir-birinə dəyər, (vuruşarlar) ovaanın yiyəsini (Xamı) açıqlandıra bilər. Bu halda qurbanla bağlı niyyət baş tutmaz, yeni il fəsadlarla başlaya bilər. Buna görə də belə bir atalar sözü yaranıb : ” Bir qazanda iki qoçun başı qaynamaz !” Məhz Ovaa kultunu öyrənəndən sonra bu atalar sözünün mahiyyəti bizə aydın oldu. Lakin, mövzu ilə bğlı bir çox suallar var ki, onlara aydınlıq gətirməsək, bilgilərimiz natamam olacaq…

1) Ovaa kultunda nə üçün buynuzlu qoçlardan istifadə olunur ? Bu ritualın keçirilməsi ilə bağlı olan şərtlərdən biridir. Ümumiyyətlə, qurban kəsilən qoçun ən azından bir yaşı tamam olmalıdır. Üstə gəl, bunuzun iri olması daha münasib hesab edilir. Bəzən qoyun sürülərində qoçların sayı azaldığından vəhşi qoçlardan da (arxarlardan) istifadə edilirdi.

2) Qoç buynuzuna olan inam, diqqət nə üçün insanların düşüncələrində xüsusi maraq doğurub ? Bu ritualın kökündə nə dayanır ? Bürclər haqqında olan bilgilərə görə həyatın başlanğıcı, təbiətin oyanışı Qoç bürcündən başlayır. Qoç bürcü həyatı, təbiəti qoruyur…bu mənada Qoç bücünün simvolu olan qoç buynuzları şər qüvvələrə qarşı inam, güc-qüvvə kimi qəbul olunub.

3) Qoç heykəllərinin, qoç buynuzlarının qəbirstanlıqlarla nə əlaqəsi var ? İnsanlar qoça, qoç buynuzlarına həm bərəkət, həm də şər qüvvələrindən qoruyan vasitə kimi qəbul ediblər. Odur ki, ölən insanların baş daşı ya qoç heykəllər olurdu, ya da baş daşlarına qoç buynuzunun formasını çızırdılar. Bəzi ərazilərdə qoçun buynuzlarını ağacdan hazırlanmış baş daşına keçiridilər. Bu adət özünü Orta Asiya ərazisində daha qabarıq göstərib. Deməli, insanlar qoç buynuzu ölən adamın ruhunu şər qüvvələrdən qoruyuyan vasitə kimi qəbul ediblər. Bu fikri inkar etmək mümkün deyil. Eyni zamanda qədim insanların bu inamına şübhə etməyimiz düz olmazdı və ya onların bu hərəkətlərini məsxərəyə qoymaq tam mənasızdır. Niyə ? Ona görə ki, indiki insanların ölən adamların ruhunu bəd qüvvələrdən qorumaq üçün etdikləri hərəkətlər Qoç buynuzların mahiyyətindən geri qalmır. Mahiyyət eynidir, sadəcə forma dəyişib. Hal-hazırda meyid qəbirə qoyulandan sonra qəbirin içərisinə dairəvi olaraq kərbəladan gətirilmiş möhürlə çız çəkirlər. Həmin möhürün çox az hissəsi toz halında yonularaq qəbrin içərisinə səpirlər. Bu hərəkətlərin mahiyyəti nədir ? Mahiyyəti ölən adamın qəbr evinin əzablarından azad olmuş hesab olunması… Daha qədimlərdə isə ölü adamın məzarının içərisinə orxa səpirdilər. İndi belə nəticəyə gəlirik ki, ruh dünyasına olan münasibətlərdə azından 6 – 8 min il bundan əvvəlki insanlarla 21- əsrdə yaşayan insanlar arasında heç də ciddi fərq yoxdur. Qoç buynuzu təsvirinin və ya qoç heykəlin şər qüvvələrdən qoruyucu amil kimi qəbul olunduğu çoğrafi ərazi Monqolustan, Yakutiya, Qazaxıstan, Türkənistan, Azərbaycan, Şərqi Anadolu torpaqlarını əhatə edir. Bəzi mənbələrdə hətta Afrika zonbiləri də qoç buynuzlarını şər qüvvələrindən qoruyan simvol kimi qəbul edirlər. Mən Azərbaycan deyəndə onun tarixi ərazilərini nəzərdə tuturam. İndiki Ermənitanın bütün ərazisi də tarixən Azərbaycan torpaqları olub. Odur ki, ermənilərin qoç fiqurlarla bağlı hər-hansı bir iddiası yersizdir, əsassızdır !!!

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan ərazisində iki kəl heykəli olub. (Hələlik əldə olan məlumat belədir.) 1-cisi Borçalıda, 2-cisi Cəlilabad ərazisində. Ermənilər Borçalıda olan kəl heykəlini oğurlayıb aparıblar ( erməni xislətininin əlamətidir ). Həmin kəl hekəli hal-hazırda Üçmiədzinin qaşısındakı medanda saxlayırlar. Cəlilabaddakı Kəl heykəl isə hələ yerindədir, qorunur !!! Ümumi araşdırmalardan sonra qoç fiqurların iki üsulla və iki növ matiriallardan istifadə etməklə hazırlandığını müəyyən edirik. 1-ci : Bişmiş gildən hazırlanmış qoç fiqurlar. Bu fiqurlar evlərdə saxlanılırdı.Tarixi yazılarda bu fiqurlar büt kimi qələmə verilir. Lakin, bu qoç fiqurlarından amulet kimi istifadə olunub . Yəni sitayiş obyekti olmayıb. Büt funksiyasını daşımayıb. Necəki at nalından indiki dövrdə də istifadə ounur, 16-cı əsrə qədər də insanlar qoç fiqurlarından şər qüvvələrinə qarşı qoruyucu amil kimi istifadə ediblər. Burada da təəccüblü nəsə bir şey yoxdur. Bişmiş gildən hazırlanmış qoç buynuzu təsvirində olan Begemont, Timsah Və Donuz fiqurlarının aşkar olması ( kiçik ölçülərdə ) mövzuya daha diqqətlə yanaşmamızı tələb edir. Qeyd edim ki, bu tip gil fiqurlar hələlik yalnız Cəlilabad ərazisində (begamont, tmsah, donuz fiqurları), Yardımlı ərazisində (donuz fiquru) aşkar olunub. Güman edirəm Azərbaycanın başqa ərazilərində də var. Sadəcə əlimizdə hər-hansı bir fakt yoxdur. Qoç fiquru və qoç buynuzlarının amulet kimi evlərdə və ya məzarlıqlarda olması haqqında kifayət qədər faktlar mövcuddur.

Hətta, qoç heykəllərinin inanc yerinə çevrilməsi faktlarıda mövcuddur. Lakin mənə ilk dəfə iaşə obyektinin qapısı üstündə qoç buynuzunun simvol kimi istifadə olunması Cəlilabadda rast gəldi. Bu obyekt Cəlilabad rayonunun mərkəzində yerləşir. Cəlilabad rayonunun qədim “Xudutəpə” yaşayış yerində aparılan arxeoloji qazıntı zamanı tapılan mikro qoç fiqurları ( 1-ci mədəni təbəqədən bir ədəd, ikinci mədəni təbəqədən iki ədəd e.ə 3-4-cü minilliklər) haqqında bilgilərimizin rəsmləşməsinə böyük töhfə oldu. “Xudutəpə”dən tapılan mikro qoçlar boyunbağı aralığında olmaqla amulet kimi istifadə edildiyini güman edirəm. Bizim üçün ikinci maraqlı cəhət odur ki, bəzi buynuzsuz heyvanlara qoç buynuzu əlavə etməklə ona xarakterik olmayan yeni görkəm verilib. Bu faktlar bizim əlimizdə var. Həmin fiqurlar əsasən bişirilmiş gildən hazırlanıb. Qeyd etməliyəm ki, belə gil fiqurlar ancaq Cəliləbad ərazisində aşkar olunub. Cəlilabadın cənub -qərb ərazisində qədim yaşayış yerlərindən birinə ümumi baxış keçirən zamanı gildən hazırlanmış donuz fiquru (ölçüləri təqribən 5×10 sm.) tapıldı. Bu faktlar istər-istəməz yeni suallar yaradır. Bu sualların cavablandırılması olduqca çətindir. Çətinlik ondan ibarətdir ki, müasir təfəkkür standartlarına uyğun gəlməyən qarşılaşma var…Məsələyə müasir yanaşmamız alınmır. Bu zoomorf fiqurların tarixi 4-6 min il əvvələ aiddir( bəlkədə çox ). Həmin dövrdə Cəlilabad ərazisində hansı iqlim, hansı təsərrüfat sistemi mövcud idi ? Ümumiyyətlə, Cəlilabadın qədim dövr flora – faunası haqqında hansı bilgilərimiz mövcuddur ? Mən burada əsasən timsah və begemontlar haqqında düşünürəm. Donuzların (istər vəhşi donuzlar, istər ev təsərrüfatına aid donuzlar) nəsli kəsilməyib. Odur ki, onlar haqqında müfəssəl məlumatlarımız var. Bu sual bizdə çətinlik yaratmır. Bəs begemont və timsahlar haqqında hansı fikirləri söyləyə bilərik ? Söhbət həmin heyvanların gil fiqurlarının qoç buynuzları fonunda təsvirlərinin yaradılmasından gedir. Bu formada fiqurlar Cəlilabad rayonunun Ləkin kəndində təsadüf nəticəsində tapılıb. Hal- hazırda Cəlilabad rayon Tarix-Diarşünaslıq muzeyində saxlanılır. Mən bu tip fiqurların bizim ərazimizdə aşkar olunması faktını iki arqumentlə izah edə bilirəm :

1) Adət-ənənəsinə, inancına görə fərqlənən az sayda tayfa və ya qəbilənin köç prosesi zamanı bu ərazidə qısa müddətdə məskunlaşması…

2) Müharibələr zamanı qoşunların tərkibində inancları ayrı olan qəbilə və ya tayfalarin olması. Bu fikrimin tarixi baxımından monqolların Azərbaycana hücümu (13-Cü əsr) dövrünə aid olmasını güman edirəm.

Nəticə. 1)Qoç buynuzu və qoç fiqurlar haqqında olan ibtidai fikirlər 16-cı əsrə qədər davam etmişdir.

2)Qoç buynuzu, qoç fiqurlar tarixin bütün dövrlərində türk dilli xalqların yaşadığı ərazilərdə özünü qabarıq şəkildə göstərir.

3) Gildən hazırlanmış qoç buynuzlu zoomorf fiqurlar evdə saxlanılırmış.

4) Bişmiş gildən hazırlanmış ən böyük qoç fiquru (H = 30 sm.) və ən kiçik qoç fiquru ( H=5 sm.) Cəlilabad ərazisində aşkar olunub.

5) Amulet kimi ( Boyunbağı aralığı kimi ) istifadə olunan ən qədim və ən kiçik (H = 5 sm.) qoç fiquru Cəlilabad ərazisində tapılıb. İstafadə etdiyim.

Mənbələr : 1) Tuva türklərinin qədim dövr tarixi. 2)Qazaxıstan, Türkmənistanın qədim tarixi (Dini rituallarını). 3)Şamanlar haqqında məlumatlar. 4) Ramazan Qafarlı, ” Mifologiya .”, “Elm və Təhsil”,Bakı-2015. 5) Arif Hüseynov, ” Qədim türk qəbilələrinin totemləri. 2009. 6) Füzuli Bayat, ” Gizli bilgilərin qaynağı”. 7) Vəli Baxşıliyev,( AMEA-nın müxbir üzvü, Taarix elmləri doktoru. “Gəmiqaya təsvirlərinin tarixləndirilməsi.” Bakı-Elm-2008. Məhsəti İsmayıl Rüstəm, Naxçıvan Əfsanələri”, Naxçıvan, Elm-2008. Elşad Əmənov, Tarixçi. 19.10.2024.=19=10=1 !!! “Muğan Tarixçilər Birliyi”nin üzvü.

Paylaş:
Yuxarı