“Ağakərim İbrahimovun düşüncələri” kitabının təqdimatı olub

Biləsuvar rayonunun Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimovun Ev Muzeyində “Mübarizdən sonra” kitab layihəsinin ikinci kitabı, şəhidimizin atası Hacı Ağakərim İbrahimovun uşaqlara, gənclərə verdiyi nəsihətləri, məsləhətləri və şəxsi düşüncələri mövzusunda yazılan kitabın təqdimatı keçirilib.

Regioninfo xəbər verir ki, qonaqlar arasında əsasən məktəbli uşaqlar da iştirak edirdilər.

Qeyd edək ki,  vətənpərvərlik mövzusunda yazılan kitabın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, redaktor şərqşünas Famil Burxanoğlu, bədii redaktor və tərtibçi Müşfiq Malik Muğanlıdır.

Oxucular bu kitabda Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun uşaqlara, yeniyetmələrə və gənclərə verdiyi məsləhətlərlə, səhid atasının şəxsi düşüncələri ilə tanış olacaqlar.

Paylaş:
Yuxarı