Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə 60 şagird respublika fənn olimpiadalarının finalında iştirak etmək hüququ qazanıb.
Bu barədə regioninfo-ya regional təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, olimpiadaların final mərhələsinə Şirvan rayonu üzrə 25, Neftçala rayonu üzrə 16, Biləsuvar rayonu üzrə 8, Salyan rayonu üzrə 7, Hacıqabul rayonu üzrə 4 şagird vəsiqə qazanıb.
Qeyd edək ki, olimpiadaların keçirilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.