Salyanda ər və arvad qətlə yetirilib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər kənd sakinləri, 1956-cı il təvəllüdlü Məmmədov İsrafil və onun arvadı 1963-cü il təvəllüdlü Məmmədova Münəvvəri yaşadıqları evdə qətlə yetiriblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Məmmədov vaxtilə rayon poliklinikasının baş həkimi olub.