Nefçalada 10.700 hektarda yazlıq əkin aparılıb

Nefçala rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı təşkil edir. Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçib Fermerlərə maliyyə və texniki dəstəyin
göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib.

Nefçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfovun verdiyi məlumata görə, 01 iyun 2024-cü il tarixinə rayonun təsərrüfatlarında 10.700 hektar sahədə yazlıq bitkilər əkini aparılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.

Əkin keçirilmiş sahələrin 1351 hektar sahəsini təzə yonca (payızlıq və yazlıq), 167,8 hektarını kartof, 160,3 hektar sahəni tərəvəz, 97,2 hektarını bostan, 8058,9 hektar sahəsini pambıq, 772 hektarını vələmir, 38 hektarını qarğıdalı, 10 hektar sahəsini soya, 40 hektarını günəbaxan bitkiləri təşkil edir.

Rayonda yazlıq əkinlər davam edir.

Seyran CAVADOV,
“Azərbaycan”

Paylaş: