Cəlilabadda kibercinayətkarlıqla mübarizə çərçivəsində tədbirlər təşkil olunub.
Kiber üsullarla törədilən cinayətlərdən vətəndaşlarımızın zərər görməsinin qarşısı almaq məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə maarifləndirmə işinin daha da gücləndirilməsi məqsədi ilə bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də əhalinin sıx toplaşdığı digər məkanlarda məlumatverici lövhələr yapışdırılıb. Həmçinin, sakinlərlə profilaktik söhbətlər aparılaraq internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə onlara məlumatlar verilib. Polis əməkdaşları kibercinayətkarlıqdan zərər görməmək üçün vətəndaşları diqqətli olmağa çağırıblar və bu halla üzləşdikdə dərhal polisə məlumat vermələrini tövsiyə ediblər.