Hacıqabulda müəllimlərlə görüş olub

Hacıqabulda tədrisin keyfiyyəti sektorunun müdiri müəllimlərlə görüşüb.
Regioninfo xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Vüqar Dadaşov Hacıqabul rayonunda IV-VI siniflərdə tədris aparan müəllimlərlə görüş keçirib.
Tədbirdə 18-19 may tarixlərində təşkil olunacaq monitorinqlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təqdim edilmiş qiymətləndirmə çərçivəsi müzakirə edilib.
Paylaş: