Cənub bölgəsinin rayonlarında polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Cənub bölgəsinin rayonlarında polis əməkdaşları bayram günlərində şəhid ailələrini ziyarət ediblər.

Astara, Lerik, Masallı, Biləsuvar və Cəlilabadda Rayon Polis Şöbələrinin əməkdaşları Novruz bayramı münasibətilə Vətən müharibəsi və Antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Gətirdikləri bayram sovqatlarını onlara təqdim ediblər. Ziyarətlər zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Onların müqəddəs amal uğrunda canlarından keçdikləri, əziz xatirələrinin daim qəlbimizdə yaşayacağı bir daha vurğulanıb.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Paylaş: