“Təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi” layihəsinin icrası davam edir

Masallı rayonunda “Təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi” layihəsinin icrası davam edir.
İcra planına uyğun olaraq, tələbələrin seçimi aparılıb. Həmçinin onlar üçün ilkin təlim keçirilib.
Qeyd edək ki, layihənin məqsədi əvvəlki tədris illərində buraxılış imtahan nəticələri zəif olan sonuncu kurs tələbələrinin təcrübə keçmələrini təmin etməklə, pedaqoji ixtisaslı məzunların gələcəkdə ucqar rayon və kəndlərdə yerləşən məktəblərdə çalışmalarına motivasiya vermək və maraq artırmaqla, həm müəllimlər, həm də şagirdlər üçün dəyər yaradaraq, təhsilalanların nəticələrinin yüksəldilməsinə dəstək olmaqdır.
Paylaş: