İlham Əliyev: “Seçkilərin Xankəndi və Şuşada keçirilməsi Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyır”

Prezident İlham Əliyev fevralın 7-də prezident seçkilərinin Xankəndi və Şuşada da keçirilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıdığını deyib.

“Report”un məlumatına görə, Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edən dövlət başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində keçirildiyini qeyd edib.

Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıdışına dair layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev birinci mərhələnin 2026-cı ildə başa çatdırılacağını, bundan sonrakı mərhələlərdə də məcburi köçkünlərin geri qayıtmalarının təmin olunacağını diqqətə çatdırdı.

Paylaş: