“Olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya hazırlaşdırılması” layihəsinin təlimləri yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya hazırlaşdırılması” layihəsinin təlimləri keçirilib.

Təlimlər Şəki şəhəri 18 nömrəli tam orta məktəbdə baş tutub və Şəki şəhəri üzrə seçilmiş 20 nəfər müəllim iştirak edib.

Həmçinin növbəti mərhələdə şagirdlərin diaqnostik (seçim) və yekun qiymətləndirilməsi təşkil ediləcəkdir. Daha sonra təhsilalanlarla 3 ay ərzində intensiv olimpiada hazırlıqları təşkil olunacaq.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd Şəki şəhəri üzrə olimpiada mərkəzinin yaradılması ilə sistemli və davamlı şəkildə təhsilalanların fənn olimpiadalarına hazırlaşdırılması üçün hazırlıq qruplarının təşkilindən ibarətdir.

Paylaş: