Biləsuvar sakini hündürlükdən yıxılaraq ölüb

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Regioninfo-nun məlumatına görə, Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi görərkən ölüb.

Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş: