Güclü külək Astarada binanın dam örtüyünü uçurub

Astarada binanın dam örtüyü uçulub.

Regioninfo-nun verdiyi məlumata görə bu səhər saat 5 radələrində Astara rayonunda əsən güclü külək şəhərin Nuru Paşa küçəsində yerləşən 32 mənzilli binanın dam örtüyünü uçurub, ətrafdakı yarımtikililərə ziddi ziyan vurub. Dam örtüyü binanın qarşısında dayanan Məharət Həsənova məxsus “Mercedes” markalı minik avtomobilinin üzərinə düşüb. Avtomobilinin qarşı tərəfinə xəsarət yetirib.

Güclü külək rayonunun elektrik təsərrüfatına da ciddi ziyan vurub. Görülən qabaqlayıcı tədbirlər nəticəsində şəhər ərazisində enerjinin verlişində fasilələr olmayıb. Dağ ətəyi kəndlərdə elektrik naqillərinin qırılması, kəndlərdə elektrik enerjisinin verlişində fasilələr yaranıb.

Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov APA – ya bildirib ki, baş verən təbii fəlakətlə bağlı Fövqəladə Komissiya səhər tezdən əraziyə baxış keçirib və bir sıra qabaqlayıcı tədbirlərin, operativ görülməsinə işlərin görülməsi üçün aidiyyəti orqanlara sərəncam, tapşırıqlar verilib.

Qeyd edək ki, rayon ərazisində külək qismən səngiyib.

Paylaş: