“Respublika fənn olimpiadalarına hazırlıq” layihəsinin açılışı olub

Salyan rayonunda “Respublika fənn olimpiadalarına hazırlıq” layihəsinin açılış mərasimi keçirilib.

Mərasim Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmaüllü məktəb-liseyində baş tutub. Açılış mərasimində layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər iştirak edib.

Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd müəllimlərin birlikdə əməkdaşlığı nəticəsində 4 fənn (fizika, kimya, biologiya və riyaziyyat) üzrə 80 nəfər 9 və 10-cu sinif şagirdinin respublika fənn olimpiadalarına hazırlaşdırılması üçün mərkəzin yaradılmasıdır. Bildirilib ki, Regional Təhsil İdarəsi ilə memorandum imzalanacaq, materialların hazırlanacaq, müəllimlər seçiləcək və onlara təlim keçiriləcəkdir. Həmçinin ötən illərdə respublika fənn müsabiqələrində iştirak edən istedadlı şagirdlərin siyahısı əldə ediləcək və şagirdlərlə görüş keçiriləcək və olimpiada dərslərinin təşkil olunacaqdır.

Digər çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar diləyiblər.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Paylaş: