Тег: iran


İran Dağlıq Qarabağa tərəf körpü çəkilməsini boynuna aldı, amma Bakını "satmaq"la...

VuVu Uma - 1 год тому назад
“İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədə iddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir”.


Bu barədə məlumat İranın Azərbaycandakı səfirliyi tərəfindən verilib.

Səfirliyin Mətbuat katibliyinin verdiyi açıqlamaya görə, həmin 3 körpü isə gizli tikilməyib və İran tərəfi onları “DQR”-na yox, Azərbaycan Respublikası ərazisinə çəkib:

“Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq”.

İran-Azərbaycan arasında çəkilən körpüləri başqa cür təqdim edənlərin niyyətinin saf olmadığını, iki qardaş ölkə arasında xoş münasibətlərə xələl gətirmək istənildiyini vurğulayan Səfirlik belə informasiyaları ciddi qəbul etməməyi məsləhət görür.Bir sözlə, Səfirliyin açıqlamasından aydın olur ki, xəritələrdə görünən körpülər Azərbaycanla İran arasında əldə edilən razılığa əsasən tikilib və məqsəd heç də tanınmamış “DQR” ilə iqtisadi əlaqələr qurmaq deyil. Bəs, bu iddia reallığı nə qədər əks etdirir?

Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həqiqətən də Xudafərin SES-in inşası ilə əlaqədar İran İslam Respublikası və Azərbaycan Respublikası arasında rəsmi saziş bağlanıb. 2016-cı ildə bağlanan sazişdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi nəzərdə tutulub. Sazişdə həmçinin bir-birini tamamlayan iki körpününü tikilməsi ilə əlaqədar maddə də var.Bu barədə AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında da xəbər verilir. Xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sazişdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.Sazişdə, həmçinin hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcəklər.Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür”, xatırladaq ki, AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında dərc olunan ““Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES-lərinin tikintisinin davam etdirilməsinə dair mühüm Saziş” sərlövhəli xəbərində belə deyilir.su-elektrik stansiyasına aiddir. Bu SES Araz çayı üzərində İran – Azərbaycan sərhəddində Araz və Marazad su bəndlərinin 196 km şərqə tərəf olan hissəsində Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhəri hüdudlarında Təbriz şəhərinin 240 km şimal şərqində Xudafərin körpüsü ilə Sarıcalı kəndi arasında yerləşir.

Xudafərin və Qız Qalası bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında müqavilə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 13 fevral 2016-ci il tarixində Tehranda imzalanmış və iki ölkə parlamentləri tərəfindən də təsdiqlənmişdir.

Bu enerji planını həyata keçirmək üçün Azərbaycan Respublikası və İran İslam Respublikasının rəsmiləri və enerji mütəxəssislərindən ibarət birgə texniki komissiya yaradılmışdır.

Səfirlikdən İrandan Qarabağa yanacaq və ərzaq daşınması görüntülərinə MÜNASİBƏT

VuVu Uma - 1 год тому назад
“İran Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava əlaqəsinə malik deyil. Yayılan saxta görüntülərlə iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar”.

Oxu.Az xəbər verir ki, bu barədə İran İslam Respublikasının (İİR) Azərbaycandakı səfirliyindən mətbuatda bu ölkəyə məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, rəsmi Tehran yayılan məlumatları təkzib edir:

“Tehran-Bakı əlaqələrinin hərtərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu prosesin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar. Azərbaycan xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycanın işğal olunmuş əraziləri ilə heç bir quru və hava əlaqəsinə malik deyil.

Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışıblar. Göründüyü kimi, sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır.

Иран временно отпустил из тюрем примерно сто тысяч заключенных

VuVu Uma - 1 год тому назад
ТЕГЕРАН, 29 мар – РИА Новости. Иран временно отпустил из тюрем порядка 100 тысяч заключенных из-за коронавируса, сообщил представитель судебной власти страны Голямхосейн Эсмаили.
Президент Ирана Хасан Роухани 24 марта сообщал о принятом решении продлить срок освобождения из тюрем до 20 апреля, однако на тот момент было известно о 85 тысячах временно отпущенных узников."К настоящему моменту освобождены около 100 тысяч заключенных", - сказал Эсмаили иранскому телевидению.
На фоне заявлений чиновников о "второй волне" распространения коронавируса в Иране представитель судебной власти сообщил о начале "второй волны" освобождений.
На данный момент в Иране с 19 февраля, когда власти впервые сообщили о коронавирусе, выявлены более 38,3 тысячи случаев заражения, из которых 2640 – со смертельным исходом.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения