Kriminal

Yüksək vəzifəli məmur intihar edib

Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Yereşov 52 yaşında ölüb.

Regioninfo-nun “Xronika Türkmənistana”ya istinadən verdiyi xəbərə görə, araşdırma zamanı məlum olub ki, vitse-prezident özünü asaraq intihar edib.

Qeyd edək ki, Batır Yereşov Türkmənistanda sənaye sahəsinə nəzarət edib. Ehtimal olunur ki, onun adı Türkmənistanda korrupsiya ilə bağlı başlanan cinayət işlərindən birində hallanır. Oğlu isə aprelin sonlarında həbs olunub.

Yereşov Buxara vilayətində ailə qəbiristanlığında dəfn olunub.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close