Dünya

Tualetə atılan uşaq uzun illərdən sonra ailəsini tapdı – DƏHŞƏT

İngiltərədə qan donduran hadisə baş verib. İllər əvvəl ailəsi tərəfindən atılan uşaq 60 il sonra ailəsini tapıb.
Publika.az xəbər verir ki, hadisə 1956-cı ildə İngiltərənin Birminqem şəhərində baş verib. Şəhərin mərkəzi kinoteatrlarından birinin tualetinə atılan körpə 60 il sonra DNT vasitəsilə qardaşlarını tapıb.
İllər əvvəl İngiltərə mətbuatını bir-birinə qatan hadisə yenidən gündəmə gəlib. Bütün axtarışlara rəğmən, körpənin ailəsini tapmaq mümkün olmamışdı.
Körpəni 60 il əvvəl bir polis tapıb və böyüdüb. Polisin Robert Vetson adını verdiyi uşaq illər sonra öz ailəsinin axtarışına çıxıb. O, öz ailə üzvlərini Şotlandiyada tapıb.
Ona sahib çıxan ailəni çox sevməsinə baxmayaraq, Robert hər zaman öz doğma ailəsini tapmaq istəyib. Qardaşlarının izini də məhz sosial şəbəkə vasitəsilə tapdığını bildirib.
61 yaşlı Robert təqaüddə olan ingilis dili müəllimidir. O, sosial şəbəkələrdə online dərslər verir. Robertin ögey qardaşlarını tapmasına 34 yaşlı qızı Emma köməklik edib.
Feysbuk sosial şəbəkəsində atasının illər əvvəl izini itirdiyi qohumlarını tapmaq üçün onun DNT nəticələrindən istifadə edib. Sosial şəbəkədə bu işlə məşğul olan biri ilə əlaqə yaradan Emma atasının DNT-sini ona göndərib. Məlumat üzərində xüsusi sitem vasitəsilə axtarış edən şəxs Robert Vetsonun DNT-sinə uyğun gələn şəxslərlə əlaqə saxlayıb. Həmin şəxslərlə görüşən Emma onların atasının ögey qardaşları olduğuna əmin olduqdan sonra bu barədə atasına danışıb.
Vetson illər sonra qardaşları ilə ilk görüşünü belə təsvir edib: “Onların gerçək olduğuna inana bilmirdim. 60 ildən sonra onları tapa biləcəyimə dair ümidim yox idi. Bu, sadəcə nəfəs kəsici an idi. Onların gerçək olduqlarını anlamaq üçün onlara toxunurdum. Sevincdən havalara uçmuşdum”.
Ailəsinin onu hansı səbəbdən atdığını öyrənmək üçün qardaşları ilə söhbətləşən Robert illər sonra öyrənib ki, atası başqa qadınla ailə qurmaq üçün onu atıb. Ömrünün 61-ci ilində öyrəndiyi bu gerçək onu kədərə boğub: “Düşünürəm ki, bu heç nəyi dəyişməyəcək. Geridə qalan 61 ili heç bir sözlə geri ala bilməyəcəm. Amma ən azından ailəmdən məni bir qadının ayırdığını bilmək çox üzücüdür”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close