Тег: yangi


İon dənizində dəhşətli yanğından sağ çıxan azərbaycanlı: “Ölümdən son anda xilas olduq”

VuVu Uma - 1 год тому назад
“Gecə gəmidə hamı yatmışdı. İki nəfər oyaq idi. Gəmidəki yanğın səsinə oyandıq. Hərə bir tərəfdən yanğını söndürməyə çalışsa da, külək buna imkan vermirdi. Özüm lənkəranlıyam və 37 ildən çoxdur dənizçiyəm”.

Bunu Oxu.Az-a müsahibəsində aprelin 8-də Malta sahilində yanan “Bellatrix SHİPPİNG LTD”yə məxsus “Bellatrix” gəmisinin göyərtəsində olan dörd azərbaycanlıdan biri, gəminin baş mexaniki Məcidəli Kərimov deyib.Onun sözlərinə görə, hadisə aprelin 8-i, gecə saat 03:15-də, İon dənizində - İtaliyanın Siciliya adasının yaxınlığında baş verib.

- Hadisə baş verəndə gəmidə neçə nəfər var idi?- Çalışdığımız gəmi “Bellatrix SHİPPİNG LTD”yə məxsus idi. 12 nəfər heyəti olan quru yük gəmisidir. Hadisə zamanı gəminin göyərtəsində dörd azərbaycanlı, üç hindistanlı, üç ukraynalı, bir rusiyalı, bir türkiyəli işçi var idi. Kapitan Sergey adlı rusiyalı idi. Azərbaycanlılar arasında məndən başqa kapitanın baş köməkçi Cahangir Əzizli, motorçular Kamil Bədəlov və Tələt Cəbrayılov olub.

- Bəs yanğın nədən baş verdi?

- Yanğın ani qığılcım ortaya çıxıb. Külək güclü olduğu üçün qısa zamanda ətrafa yayıldı. Yük yerində tez alışan materiallar var idi. Güclü külək göz açmağa imkan vermirdi. Xoşbəxtlikdən ölən olmadı. Sadəcə, hindistanlılardan biri əlindən xəsarət aldı.Yanğını bir tərəfdən söndürürdük. Sevinirdik ki, dayandı. Bir də baxırdıq ki, aşağı mərtəbədən alov çıxmağa başladı. Dəhşətli vəziyyət idi. Ölümdən son anda xilas ola bildik. Bizə kömək edən olmasaydı, bəlkə də, gəmidə yanıb kül olacaqdıq.

- Yanan gəmidən necə xilas oldunuz? Sizi hara apardılar?

- Bir canımızı qoruya bildik. Qalan hər şey yanıb kül oldu. Sənədlərimiz, uşaqların telefonları, paltarlarımız - hər şey yandı. Yaxınlıqda üzən “ARİFE” gəmisindən bizimlə əlaqə yaratdılar. Gəminin kapitan köməkçisi, həmyerlimiz Ramil Əhmədov köməyə ehtiyacımız olduğunu görən kimi mümkün olan hər şeyi etdi.Güclü külək səbəbindən gəmi yaxınlaşa bilmirdi. Yanğın yayıla, dalğa gəmini aşıra bilərdi. Ramil Əhmədov və “ARİFE” gəmisinin iki əməkdaşı bütün risklərə rəğmən, qayıqla gəlib bizi xilas etdilər. Əvvəlcə yaxın olduğu üçün gəmi İtaliya tərəfə üzdü. Koronavirus pandemiyası ilə əlaqədar İtaliya hökuməti bizi qəbul etmədi. Geri qayıtmalı olduq.

“Bellatrix” gəmisi ciddi zərər gördüyündən orada qalmaq təhlükəli idi. Gəmini “ARİFE” gəmisinə bağlayıb Türkiyəyə tərəf üzdük. Aprelin 12-də İzmir limanına çatdıq. Burada da koronavirus təhlükəsinə görə gəmidən düşməyimizə imkan vermədilər. Ayın 17-dən mayın 2-dək gəmidə izolyasiya tədbirləri çərçivəsində karantində saxlanıldıq. Xüsusi geyimdə gələn həkimlər bizə zəruri olan ilkin tibbi yardımı göstərdilər.

- Necə oldu ki, sizin gəmidən çıxmağınıza şərait yaratdılar?- Azərbaycan hökumətinin məsələyə müdaxiləsi nəticəsində bizim gəmidən çıxarılmağımız üçün şərait yaradıldı. Birinci vitse-prezident Mehriban Əliyevaya, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, İzmirdəki konsuluğumuza dərin təşəkkürlərimizi bildiririk. Mayın 2-dən sonra bizi İzmirdə Qızlar Universitetinin yataqxanasına apardılar. Ayrı-ayrı otaqlarda karantin şəraitində saxlanıldıq. Bütün tibbi müayinələrdən keçirildik.

- Azərbaycana nə zaman gətirildiniz?- İzmirdə gəmidən çıxdıqdan sonra ölkəmizin Türkiyədəki konsulluğu ilə əlaqə saxlayıb vəziyyət barədə məlumat verdik. Bir həftə içərisində polis maşınları vasitəsilə İzmirdən İstanbula göndərildik. Oradan isə Azərbaycan hökuməti bizim təyyarə ilə Bakıya gətirilməyimizi təmin etdi. Artıq mayın 7-də vətənə qayıtdıq.

- Hazırda karantindəsiniz, yoxsa evdə? Vəziyyətiniz necədir?

“EuroHome”un sahibi nazirin ittihamlarına cavab verdi: “Bizim günahımız yoxdur”

VuVu Uma - 1 год тому назад
“Axşam baş vermiş yanğında bizim günahımız yoxdur. Hazırda araşdırma gedir. Yəqin ki, hər şey bəlli olacaq”.

Bunu BakuPost-a açıqlamasında dünən axşam yanğın baş verən “EuroHome” tikinti materialları bazarının rəhbəri Samir Məmmədov deyib.

Onun sözlərinə görə, bazarda yanğından mühafizə olunmaq üçün bütün ehtiyat tədbirləri görülübmüş:

“Bazarda nə elektrik naqilləri işləyib, nə qaz olub. Belə olan halda yanğın necə baş verə bilər? Mühafizəçimizin sözlərinə görə, yanğın bazarın arxasında yerləşən “TIR parkı”ndan başlayıb. Çox güman ki, onun dedikləri təsdiqlənər. Hazırda burada ciddi araşdırmalar gedir. Bu dəqiqə mən Baş Prokurorluğun müstəntiqlərinə ifadə verirəm”.İş adamı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun onu məsuliyyətsizlikdə günahlandırmasına da münasibət bildirib:

“Düzdür, cənab nazir bizi məsuliyyətsizlikdə ittiham edir. Amma biz yanğından mühafizə üçün lazım olan hər şeyi etmişdik və bu məsələni tam şəkildə, standartlara uyğunlaşdırmaq üçün şirkətlərlə müqavilə bağlamışıq. Dünən yanğının söndürülməsi üçün bazarda olan su ehtiyatından və digər köməkçi vasitələrdən istifadə olundu”.

Samir Məmmədov bazarın qəsdən yandırılması ilə bağlı iddialara da münasibət bildirib:

“Həmişə nəsə baş verəndə onunla bağlı müxtəlif versiyalar səsləndirilir. İndi də bazarın başqa yerə köçürülməsi, ard-arda böyük yanğınların baş verməsinin təsadüfi olmadığı ilə bağlı iddialar var. Mən bu barədə heç nə deyə bilmərəm. Biz öz işimizlə məşğuluq. Hazırda araşdırmalar davam edir. Taxta bazarının bir anda alışması, böyük yanğının baş verməsi təbiidir. Bu bazarda satılan məhsulların əksəriyyəti yanan materiallardır”.

Tarixin ən dağıdıcı yanğınları

VuVu Uma - 1 год тому назад
Tarix boyu yanğınlar təkcə əmlakı deyil, insan həyatını məhv etməklə, eləcə də iqtisadiyyata böyük zərər vurmaqla dəfələrlə fəlakətlərə səbəb olublar.

Beləliklə, bəşəriyyət tarixində baş verən ən dəhşətli və dağıdıcı yanğınları təqdim edirik.

Romada yanğınBu, barəsində günümüzə qədər məlumat gəlib çatan ilk yanğınlardan biridir. Hadisə 64-cü ildə Romada baş verib. Alov bütün şəhəri bürümüşdü və demək olar, yeddi gün tüğyan etmişdi. Yanğın nəticəsində xeyli insan həlak olmuşdu. Sağ qalanlar isə evsiz qalmışdılar.

Böyük London yanğını

Böyük London yanğını 1666-cı ildə baş vermiş və dörd gün davam etmişdi. O zaman şəhərdə əksər evlərin damı samandan idi, buna görə də yanğın böyük sürətlə yayılmışdı. Bundan başqa, güclü külək də yanğının yayılmasına səbəb olmuşdu. Hadisə nəticəsində 13 500 ev, 87 kilsə məhv edilmiş, həmçinin administrasiyanın bütün binaları yanmışdı. Çoxlu insan həlak olmuşdu. Yanğın şəhərin iqtisadiyyatına böyük zərbə vurmuşdu, bərpa işləri təxminən 50 il davam etmişdi.

Lissabonda yanğın

1755-ci ildə Lissabonda əsl fəlakət baş vermişdi. Hər şey böyük zəlzələnin baş verməsi və nəticədə şəhərin üzərinə sunami çökməsi ilə başlamışdı. Bundan sonra Lissabonda yanğın başlamış və nəticədə çox sayda binalar məhv edilmişdi. Faktiki olaraq şəhər yarıya qədər dağılmışdı, 40 min insan həlak olmuşdu. Ümumilikdə, 100-dən çox kilsə, eləcə də kral sarayı daxil olmaqla, çoxlu sayda saray məhv edilmişdi.

Moskvada yanğın

Moskvada yanğın 1812-ci ildə şəhər fransızlar tərəfindən ələ keçirildikdə başlamışdı. Güclü külək nəticəsində, yanğın ildırım sürəti ilə yayılmışdı. Hadisə nəticəsində 9151 yaşayış evinin 6496-sı, 329 məbədin 122-si məhv olmuşdu. 2000-ə qədər yaralı Rusiya əsgəri alovda həlak olmuşdu. Teatrlar, kitabxanalar və digər mühüm binalar məhv olmuşdu.

Çikaqoda böyük yanğın

Çikaqoda yanğın 1871-ci ildə baş verib və təxminən üç gün davam edib. Hər şey bir binanın yanması ilə başlayıb, lakin yanğın dərhal qonşu binalara keçib və tezliklə bütün şəhəri bürümüşdü. Yanğının qurbanlarının dəqiq sayı indiyə qədər də bilinmir, lakin məlumdur ki, onların sayı 300-dən çoxdur. 90 min nəfər isə evsiz qalmışdı.

В Ярославской области при пожаре погибли мэр города и его жена

VuVu Uma - 1 год тому назад
При пожаре в собственном доме погибли глава городского поселения Данилов Иван Свечушкин и его супруга.

По информации ГУ МЧС по Ярославской области, сообщение о возгорании в одноэтажном частном деревянном доме на улице Луговой поступило 17 апреля в 00:35. Пожарно-спасательное подразделение прибыло на место через пять минут, - рассказал официальный представитель спасательного ведомства Михаил Зверев. - В 00:50 было ликвидировано открытое горение, в 02:40 объявлено о полной ликвидации пожара.

В доме были обнаружены два тела. В администрации Данилова сообщили, что погибшие - глава городского поселения Данилов Иван Васильевич Свечушкин и его супруга Наталья Павловна.

Причины пожара выясняются. Следственные органы СК РФ по Ярославской области по факту гибели людей возбудили уголовное дело.

Огонь в Чернобыле почти достиг хранилищ с радиоактивными отходами

VuVu Uma - 1 год тому назад
Пожар в Чернобыльской зоне отчуждения почти достиг хранилищ с радиоактивными отходами, ситуация критическая. Об этом заявил член общественного совета при государственном агентстве по управлению зоной отчуждения Ярослав Емельяненко на своей странице в Facebook.«Сейчас огонь добрался к Припяти и находится в двух километрах прямо от хранилищ радиоактивных отходов "Подлесный", где расположены наиболее высокоактивные радиационные отходы всей Чернобыльской зоны, и от самой ЧАЭС», — написал он.

Емельяненко добавил, что в данный момент пожар двигается в сторону атомной электростанции, так как туда дует ветер.

С пожарами лесов на территории зоны отчуждения в Чернобыле борются вторую неделю. Огонь перешел на левый берег реки Припять и подобрался непосредственно к атомной станции. Территории многих бывших сел рядом с АЭС сгорели, уничтожен Рыжий лес. В тушении принимает участие авиация.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения