Тег: vehsi


Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri

VuVu Uma - 1 год тому назад
Dünyanın bir çox şəhərlərində sərt karantin tədbirləri ilə əlaqədar küçələr boşalıb. İnsanlar koronavirusun yayılmasının qarşısını almaq üçün özünütəcrid rejimində evdə otururlar.

Maraqlıdır ki, şəhərlərin boşalmış küçələrində əvvəllər burada gözə dəyməyən vəhşi heyvanlar peyda olmağa başlayıb.Dünyanın koronavirusa görə karantin fonunda vəhşi heyvanların qayıtdığı 10 şəhərini təqdim edirik :1.Llandidno, Böyük BritaniyaLlandidno Uelsdə yerləşən dənizkənarı kurort şəhəridir. Koronavirusun yayılması ilə əlaqədar şəhər hakimiyyəti əhalinin özünütəcrid rejimini tətbiq etməyə qərar verib. Bu yaxınlarda şəhərin küçələrində sərbəst gəzən və sakitlikdən zövq alan dağ keçiləri görünməyə başlayıb.

2. Odişa, HindistanHindistan da koronavirus pandemiyasının tüğyan etdiyi ölkələrdən biridir. Buna görə də insanlar evdə qalmağa və çölə mümkün qədər gec-gec çıxmağa məcbur olurlar.

Hindistanın Odişa şəhərində sahil boyu yaşıl tısbağaların sürüsü gözə dəyməyə başlayıb.

3. London, Böyük BritaniyaBöyük Britaniyanın paytaxtı London yalnız bu ölkənin deyil, eləcə də dünyanın maliyyə və iqtisadi mərkəzidir. Lakin baş qaldıran pandemiya səbəbindən bu şəhərin də küçələri boşalıb. Nəticədə Britaniyanın paytaxtının şərqində maral sürüsü peyda olub. Hazırda onlar şəhərin rayonlarından birində məskunlaşıblar.

4. Tirupati, HindistanMarallar, həmçinin Hindistanın Uttar-Pradeş ştatının Tirupati şəhərində görülüb. 500 min nəfərədək əhalisi olan şəhərin küçələri özünütəcrid rejiminə görə demək olar boşdur.

5. Berqamo, İtaliyaİtaliyanın şimalında, Berqamo bölgəsində yanında balaları olan qaban gözə dəyib. Heyvanlar insanlarla qarşılaşmaqdan qorxmayaraq boşalmış küçələrdə gəzişirdilər.

6. Santyaqo, ÇiliMəcburi karantin səbəbindən çətin günlər yaşayan Çilinin paytaxt sakinləri şəhərin küçələrində gəzişən puma görüblər. Kənd təsərrüfatı və heyvandarlıq Departamentindən bildirilib ki, puma ətraf dağlardan şəhərə qida tapmaq üçün düşüb.

7. Kerala ştatı, HindistanHindistanın Kerala ştatında yerləşən şəhərlərdən birinin küçələrində Malabar civeti gözə dəyib. Nəsli kəsilməkdə olan bu yırtıcı məməlilərə son illərdə çox nadir halda rast gəlinir. Hazırda populyasiyasında 250-dən az yetkin fərd qaldığı üçün, bu heyvanın şəhərin boşalmış küçələrində sərbəst dolaşması daha da maraq doğurub.

8. Barselona, İspaniyaKüçələrini qabanların “işğal etdiyi” başqa bir şəhər isə Kataloniyanın paytaxtı Barselonadır. Şəhər sərt özünütəcrid rejimindədir. Karantin rejimini pozanlara qarşı cərimə tətbiq edilir. Sakinlərin qapalı qapılar arxasında oturmağa məcbur qaldığı bir vaxtda isə yabanı təbiət şəhərə qayıdır.

9. Meksika şəhərləriMeksikada da karantin elan edilib, lakin vəhşi təbiət bu səssizliyə sevinir. Belə ki, son günlər Meksikanın Kankun şəhərlərinin kanallarında timsahlar sakitcə üzüşürlər.

Həmçinin Kankunda dəniz tısbağası sahildə, beşulduzlu “Grand Oasis” hotelinin yaxınlığında 112 yumurta qoyub.

Ölkənin daha bir şəhərində sakinlər küçələrdə yaquarın necə qaçdığını videoya çəkiblər.

10. Trinkomali, Şri-Lanka
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения