Neftçala rayonunda görüş keçirilib

Neftçala rayonunda görüş keçirilib.
Şirvan -Salyan Regional Təhsi İdarəsinin müdiri Sənan Mənsimli IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə ilə Neftçala rayon ümumi təhsil müəssisələrində çalışan direktor müavinləri, IV sinifdə tədris aparan ibtidai sinif müəllimləri və VI sinifdə Azərbaycan dili, riyaziyyat, təbiət fənnini tədris edən müəllimlər və valideynlərlə görüşüb.
Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə hazırlanmış çərçivə sənədi ilə tanış edilib və monitorinqin keçirilmə qaydaları barədə ətraflı məlumat verilib.
Sonda valideynlərin və müəllimlərin sualları cavablandırılıb və hazırlıq məqsədilə müvafiq tapşırıq və tövsiyələr verilib.
Paylaş:
Yuxarı