Region

Ruhani avqustda and içəcək

Mayın 19-da ikinci dəfə İran Prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi avqust ayında keçiriləcək.
Bu barədə açıqlama verən İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Əmirəbadi deyib. O bildirib ki, andiçmə mərasimi İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin H.Ruhanini prezident kimi təsdiq etməsindən 5 gün sonra keçiriləcək.

Andiçmə mərasimindən sonra H.Ruhani 2 həftə müddətində parlamentə yeni hökumətin üzvlərini (nazirləri) təqdim etməlidir. Parlament isə 1 həftə ərzində yeni hökumətin yeni nazirlərinin proqramlarını dinləyib və qiymətləndirib təsdiq etməlidir. Parlamentin təsdiq etmədiyi nazir hökumət üzvü ola bilməyəcək. Onda Prezident həmin naziri dəyişmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, mayın 19-da İranda keçirilmiş prezident seçkilərində Həsən Ruhani seçkidə iştirak etmiş 44 milyon 220 min 131 seçicinin 23 milyon 549 min 616-nın səsini qazanaraq ikinci müddətə İranın prezidenti seçilib. (AzərTAc)

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close