Dünya

Qətərin XİN rəhbəri: “Böhranın həlli üçün dialoqa hazırıq”

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ərəb ölkələri ilə dialoqa hazır olduqlarını bildirib.

Türkiyə KİV-ləri xəbər verir ki, Qətərin xarici işlər naziri Romada səfərdə olarkən ərəb ölkələrinin hazırladıqları 13 maddəlik tələb siyahısının terrorizmlə mübarizə baxımından əlaqəsi olmadığını deyib.

O, Qətərin azadlıqlarını məhdudlaşdıran maddələrin olduğu bu siyahını rədd etdiklərini açıqlayıb. Nazir Əl-Təni böhranın həlli üçün uyğun şərtlərlə dialoqa hazır olduqlarını bildirib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close