XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişilməzdir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı parlament komissiyasında səsləndirdiyi fikirlərinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bununla bağlı XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlama verib.

O deyib ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi bəllidir və dəyişilməzdir.

“Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb.

Сообщение  205 Просмотры обновленный 1 год тому назад

XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişilməzdir

Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Mnatsakanyan sərt reaksiya göstərib və rusiyalı həmkarının fikirlərini qəti şəkildə rədd edib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişilməzdir
  • VuVu Uma