Ukrayna Azərbaycan neftini Rumıniyaya satıb

2021-ci ilin yanvar-aprel aylarında Ukrayna 377,38 min ton həcmində 142,6 milyon dollar dəyərində neft idxal edib ki, neftin bütün həcmi Azərbaycandan ixrac edilib.

Сообщение  86 Просмотры обновленный 1 месяц тому назад

Ukrayna Azərbaycan neftini Rumıniyaya satıb

Oxu.Az-ın məlumatına görə, bu barədə Ukraynanın Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə neft həcminin idxalı 16,2 faiz və ya 72,74 min ton, idxal dəyəri isə 18,4 faiz və ya 32,18 milyon dollar azalıb.

Bundan əlavə, hesabat dövründə Ukrayna Rumıniyaya 89,96 min ton həcmində və 27,13 milyon dollar dəyərində neft ixrac edib. Bu beynəlxalq logistika şirkəti “Trafigura”nın Ukraynanın “Ukrtransnafta” şirkətindən aldığı Azərbaycan neftinin həcminə bərabər olub. 

Qeyd edilib ki, bazar iştirakçılarından biri Ukrayna mediasına mart ayında “Trafigura” şirkətinin Azərbaycan neftini dəniz yolu ilə Rumıniyaya tədarük etdiyini təsdiqləyib. Gömrük bəyannaməsi aprel ayının əvvəllərində imzalanıb.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861