Tanınmış bloqer Azərbaycanda dünyanın ən bahalı avtomobillərindən birini test edib

Avtomobil bloqeri və jurnalist Alan Yenileev Azərbaycanda “Ferrari Testarossa” markalı avtomobilin test sürüşünü edib.

Сообщение  43 Просмотры обновленный 3 месяцы тому назад

Tanınmış bloqer Azərbaycanda dünyanın ən bahalı avtomobillərindən birini test edib

A.Yenileev bu barədə məlumatı öz “Instagram” səhifəsində paylaşıb.

“Aranızda “Ferrari” pərəstişkarlarınız varsa, şərhlərdə “Testarossa” ilə bağlı ən maraqlı məlumatları oxumaqdan məmnun olacağam.

Bu, həyatımın ən həyəcanlı anlarından biridir, keçmiş əfsanənin gerçək bir şəkildə yenidən oyanmasıdır”, - deyə avtomobil bloqeri öz paylaşımına əlavə edib.

Qeyd edək ki, 1984-1996-cı illər aralığında istehsal olunan sportkar 12 silindrli 5 litr həcmli mühərriklə təchiz olunub. Öz dövrünün ən son texnologiyalarının istifadə edildiyi mühərrik 390 at gücü hasil edirdi. Mexaniki sürətlər qutusu və yeni opozit tipli mühərrik 0-dan 100-ə qədər sürətlənməni 5.2 saniyəyə təmin edirdi. Satışa çıxarıldığı ilk günlərdə qiymətinin (181 000 ABŞ dolları) fantastik dərəcədə baha olmasına rəğmən “Ferrari” markasının fanatları bu maşına biganə qalmadı.

10 000 ədəd buraxılan bu model hazırda bütün dünyada raritet model sayılır. 


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Tanınmış bloqer Azərbaycanda dünyanın ən bahalı avtomobillərindən birini test edib
  • VuVu Uma